Kabo-Verde yığması dünya çempionatına vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, Bubiștanın rəhbərlik etdiyi komanda DÇ-2026-nın seçmə mərhələsinin 10-cu turunda Esvatini yığmasını 3:0 hesabı ilə məğlub edib və qrup mərhələsini 23 xal toplayaraq birinci yerdə başa vurub.
Kabo-Verde yığması tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək. DÇ-2026 gələn il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Qeyd edək ki, "Araz-Naxçıvan"ın üzvü Patrik Andrade də Kab-Verde millisində çıxış edir. Andrade bu görüşün iştirak ərizəsinə salınmayıb. "Qarabağ"ın kabo-verdeli futbolçusu Leandro Andrade isə ötən il millidə çıxış etməkdən imtina etmişdi.