Milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirilən görüşün 45+1-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.  Sport24.az xəbər verir ki, bu, təcrübəli qolkiperin cari seçmə mərhələdə aldığı ikinci sarı vərəqədir.

 

Bu səbəbdən də Şahruddin cəzalı duruma düşüb. O, noyabrın 13-də Bakıda İslandiyaya qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək. 

 

Xatırladaq ki, Ş.Məhəmmədəliyev seçmə mərhələdəki ilk sarı vərəqəsini Bakıda Ukraynaya qarşı keçirilən görüşdə (1:1) almışdı.