Moldova millisi AVRO-2024-ə çıxmaq şansından yararlana bilməyib. Sport24.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuları - qapıçısı Kristian Avramla ("Araz-Naxçıvan") müdafiəçisi Denis Marandiçiyə ("Turan Tovuz") heyətində yer verən moldovanlar son turda Çexiya yığmasının qonağı olub.

Sergey Kleşenkonun komandası 54-cü dəqiqədən azlıqda oynadığı matçda böyük hesabla uduzub - 0:3. Kleşenko "futbolçularımız"ı Albaniya ilə 1:1 hesabıyla nəticələnən ev matçında olduğu kimi, sonadək ehtiyatda saxlayıb. Hərçənd. həm Kristian, həm də Denis klublarında əsas heyət üzvləridi. 

Xatırladaq ki, sonda qrup 4-cüsü olan Moldova qalib gəlsəydi, Çexiyanı turnir cədvəlində qabaqlayıb 2-ci yerlə final mərhələsinə çıxacaqdı. Bu üzdən Olomoutskdakı görüşü həmin ölkədə "əsrin matçı" adlandırmışdılar.