"Napoli" rəhbərliyi baş məşqçi Antonio Konte ilə görüş keçirib. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluki Di Marsio sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Konte digər klublarla danışıqlar aparmadığını bildirib.

 

Kontenin "Napoli"dəki gələcəyi ilə bağlı yekun görüşün mayın 31-də keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, italyan mütəxəssis 2024-cü ildən "Napoli"nin "sükanı arxasındadır". 55 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda 2024/25 mövsümündə A Seriyasının qalibi olub.