Futbol üzrə Cənubi Koreya çempionatında VIII turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" səfərdə "Daequ" ilə qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb – 0:0.

 

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub, 77-ci dəqiqədə isə sarı vərəqə alıb.

 

Qeyd edək ki, "Daejeon" hazırda 6 xalla sonuncu pillədə qərarlaşıb.