Futbol üzrə Cənubi Koreya çempionatında XXII turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Seul"un qonağı olub. 

 

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb, 90+5-ci dəqiqədə isə sarı vərəqə alıb.

 

Qeyd edək ki, "Daejeon" hazırda 19 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.