"Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta Kataloniya təmsilçisini çempionluq münasibəti ilə təbrik edib. Sport24.az xəbər verir ki, veteran futbolçu sosial şəbəkə hesabında bununla bağlı paylaşımla yadda qalıb:
"Təbrik edirik, çempionlar! Bu çox, çox gözəl idi!"
Qeyd edək ki, ötən gecə "Espanyol"a 2:0 hesabı ilə qalib gələn Kataloniya klubu 28-ci dəfə ölkə çempionu adını qazanıblar.