"Atletiko"nun sabiq yarlmmüdafiəçisi Aksel Vitsel karyerasını İtaliyada davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə "La Derniere Heure" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, bu yay azad agentə çevrilən 36 yaşlı belçikalı "Udineze" ilə müqavilə imzalayıb. Futbolçu ilə "Betis", "Xetafe" və "Rayo Valyekano"nun da maraqlandığı bildirilirdi.

 

Qeyd edək ki, Vitsel 2024/25 mövsümündə bütün tunirlərdə 22 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi karyerası ərzində Belçikanın "Standard", Portuqaliyanın "Benfika", Rusiyanın "Zenit", Çinin "Tianjin Quanjian" və Dortmund "Borussiya"sının formasını geyinib.