Afrika Futbol Konfederasiyası (CAF) 2023-cü ildə qitənin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb. Sport24.az xəbər verir ki, bunlar "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah, "Napoli"nin nigeriyalı forvardı Viktor Osimhen və PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakimidi.

Keşən mövsüm "Napoli" ilə İtaliya çempionu olan Osimhen 26 qol vurub. Son İngiltərə Super Kubokunun qalibi olan Salah 30 qola imza atıb. PSJ ilə Fransa çempionu olan və Super Kuboku qazanan Hakimi isə ötən mövsüm 5 dəfə fərqlənib.