"Beşiktaş" futbolçusu Mustafa Hekimoğlu ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, 17 yaşlı hücumçunun sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Mustafa bu mövsüm Super Liqada 10 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Forvardın adı bir dönəm "Neftçi" ilə hallanırdı.