ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino KONKAKAF Qızıl Kubokunun finalında Meksika ilə oyunun (1:2) hakimliyindən narazı qalıb. Sport24.az xəbər verir ki, o, bu barədə "The Athletic"ə açıqlama verib.

 

İkinci hissədə meksikalı müdafiəçi Xorxe Sançes öz cərimə meydançasında topu əli ilə uzaqlaşdırsa da, hakim Mario Eskobar penalti təyin etməyib.

 

"Ağlamaq fikrində deyiləm. Düzünü demək istəyirəm. Eyni hal bizim cərimə meydançasında olsaydı, bu, mütləq penalti olardı. Sançes topu əli ilə bağladı. Yaxşı, qoy bunları bəhanə hesab etsinlər. Amma bilin ki, bu, penalti olsaydı və biz fərqlənsəydik hesab 2-1 bizim xeyrimizə ola bilərdi. Bəlkə indi qələbəni qeyd edərdik. Hər şey aydındır, ağlamağa və şikayət etməyə ehtiyac yoxdur. Mən bu vəziyyətə baxmağa utandım, bu, biabırçılıqdır".

 

Qeüyd edək ki, KONKAKAF Qızıl Kubokunun həlledici görüşündə ABŞ 2:1 hesabı ilə yenən Meksika turnirin qalibi olub.