"Mançester Siti" və Özbəkistan milli komandasının müdafiəçisi Abdukodir Xusanov ilk dəfə ata olub. Sport24.az xəbər verir ki, futbolçunun oğul dünyaya gətirib.
Ona David adı verilib. Xusanov həyatındakı bu mühüm hadisəni Özbəkistanın paytaxtı Daşkənddə ailəsinin əhatəsində qeyd edib.
Qeyd edək ki, Özbəkistan millisinin oyunçusu 2025-ci ildən "Mançester Siti"də oynayır və "Lans"dan 40 milyon avroya transfer olunub. Bu müddət ərzində o, klubun heyətində bütün yarışlarda 39 oyunda iştirak edib və bir qol vurub.