"Barselona"nın vingeri Lamin Yamal bu gün İspaniya millisinin məşqində iştirak etməyib. Sport24.az xəbər verir ki, "Euro-football" nəşrinin məlumatına görə, 18 yaşlı futbolçunun hər hansı sağlamlıq problemi yoxdur.

 

Sadəcə olaraq məşqçilər heyəti bu yolla Yamalın fiziki yüklənməsini nəzarətdə saxlamağa qərar verib.

 

Qeyd edək ki, dünya çempionatına hazırlıq çərçivəsində İspaniya yığması bu ay martın 27-də Serbiya, martın 31-də isə Misirə qarşı yoldaşlıq görüşü keçirəcək.


Xatırıadaq ki, Lamin Yamal 2025/2026 mövsümündə "Barselona"nın heyətində 40 oyuna çıxıb, 21 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.