PSJ "Verder"in futbolçusu Karim Kulibalini heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, Fransa çempionu 18 yaşlı müdafiəçisi üçün danışıqlara başlayıb.

 

"Verder"lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədər olan Kulibali bu mövsüm 22 görüşdə meydana çıxıb və 1 qol vurub. 


Parislilər yayda bu transferi reallaşdırmağa çalışacaq.