"Atletiko Madrid"in ulduz futbolçusu Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirəcək. Sport24.az xəbər verir ki, fransalı hücumçu "Orlando Siti" ilə anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

35 yaşlı forvard MLS təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb. O, yeni komandasına yayda qoşulacaq.


Qeyd edək ki, Fransa millisinin üzvü "Atletiko Madrid"də indiyədək 497 rəsmi matça çıxıb, 211 qol vurub və 97 məhsuldar ötürməyə imza atıb.