"Komo"nun baş məşqçisi Sesk Fabreqas Liam Roseniorun yerinə "Çelsi"ni çalışdıra bilər. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Zadəganlar" mövsümün sonunda hazırkı məşqçi ilə yollarını ayırmaq qərarına gələcəyi təqdirdə ispaniyalı mütəxəssisi boş qalacaq posta əsas namizəd olacaq.
Mənbənin sözlərinə görə, 2025-ci ilin yanvarında London klubunun "sükanı arxasına" keçən və 2032-ci ilə qədər uzunmüddətli müqavilə imzalayan Rosenior, "Çelsi"nin İdarə Heyətinin dəstəyindən istifadə edir. Lakin, klub 2026/27 mövsümündə Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçi dəyişikliyi qaçılmaz olacaq.