Futbol üzrə İtaliya A Seriyasında yeni mövsümün başlama vaxtı açıqlanıb.

Sport24.az xəbər verir ki, bu barədə “Football İtalia” nəşri məlumat yayıb.

A Seriyasında yeni mövsüm avqustun 22-də başlayacaq və 2022-ci il, mayın 22-də başa çatacaq. İlk turun təqvimi hələ məlum deyil.

A Seriyasında bu mövsümün qalibi “İnter”dir. “Neradzurra” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.