Mikel Arteta liqada Pep Qvardiolaya qarşı ən yaxşı nəticələri əldə edib. Sport24.az xəbər verir ki, "Arsenal" və "Mançester Siti" Premyer Liqanın 5-ci turunda 1:1 hesablı heç-heçə oynadılar.
Arteta bununla Qvardiolanın komandasına çempionatda ardıcıl 5 oyunda uduzmayan tarixdə yeganə baş məşqçi oldu.
Qeyd edək ki, "topçular"ın baş məşqçisinin aktivində Premyer Liqada "şəhərlilər"ə qarşı 2 qələbə və 3 heç-heçə var.