İtaliya millisinin sabiq qapıçısı Salvatore Siriqunun yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, 36 yaşlı qolkiper Fransanın "Nitsa" klubuna keçib.

Bu barərdə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Son klubu "Fiorentina" olan Siriqu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Siriqu karyerası ərzində Vətənində həmçinin "Palermo", "Venetsiya", "Kremoneze", "Torino", "Cenoa", "Napoli"də, ondan kənarda isə Fransada PSJ-də, İspaniyada "Sevilya" və "Osasuna"da çıxış edib.