"Liverpul" gənc futbolçu Kennet Ayxhornun transferi uğrunda mübarizəyə qoşulub. Sport24.az "Sky Germany"yə istinadən xəbər verir ki, "mersisayd"lılar 16 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı artıq konkret danışıqlara başlayıb.

​"Herta"nın formasını geyinən almaniyalı istedadın yay "transfer pəncərəsi"ndə klubunu tərk etmək niyyətində olduğu bildirilir. Onun müqaviləsində 10-12 milyon avro dəyərində sərbəstqalma maddəsi var.

Qeyd edək ki, Ayxhorn bu mövsüm nümayiş etdirdiyi performansla Avropanın bir sıra digər nəhəng klublarının da diqqət mərkəzinə düşüb.