Müxtəlif versiyalarda dünya çempionları olan Aleksandr Usiklə Tayson Fyuri arasındakı döyüşün baş tutmaması səbəbi məlum olub. Sport24.az xəbər verir ki, WBA-nın prezidenti Hilberto Mendosa ukraynalı və britaniyalı boksçuların razılığa gələ bilməməsini maliyyə şərtləri ilə əlaqələndirib.

Onun sözlərinə görə, Fyurinin maliyyə tələbləri Usikin ürəyincə olmayıb. Halbuki, Aleksandr əvvəlcə Taysonun qonorarın 70 faizinə sahib çıxmaq təklifini qəbul etmişdi. Yeri gəlmişkən, məşhur proumoter Eddi Hirn indiki məqamda döyüşün keçirimə faizinin 50/50-yə olduğunu söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl Usiklə Fyurinin aprelin 29-da Londonun “Uembli” stadionunda qarşılaşacağı haqda məlumatlar yayılmışdı.