Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Paralimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib. Sport24.az xəbər verir ki, tədbirdə 19 nəfərlik heyət iştirak edib.

 

Azərbaycan bayrağını para-atlet Oloxan Musayev daşıyıb. Pandemiya ilə əlaqədar nümayəndə heyətləri arasında böyük ara məsafəsi olub.

 

Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.