Rusiya və Belarus idmançılarının 2023-cü ildə keçiriləcək Asiya Oyunlarında iştirakına icazə veriləcək. Sport24.az Insidethegames-ə istinadən xəbər verir ki, bu ölkələrin nümayəndələri bayraq və digər milli simvollar olmadan neytral statusda çıxış edəcəklər.

Eyni zamanda, ruslar və belarusların turnirdəki nəticələri 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadaya vəsiqə qazandıracaq. Turnirdə 500-ə qədər idmançı iştirak edə biləcək.

Qeyd edək ki, 2022-ci ildə keçirilməli olan Asiya Yay Oyunları bir il müddətinə təxirə salınıb və bu ilin sentyabr-oktyabr aylarında Çinin Hançjou şəhərində keçiriləcək.