Kişi həndbolçular arasında Azərbaycan çempionatı davam edir. Sport24.az xəbər verir ki, I-IV yerlər uğrunda yarışda bir oyun keçirilib.

 

"AHF Arena"da baş tutan qarşılaşmada "Qarabağ" və "Azəryol" üz-üzə gəliblər. Meydançaya favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. Fasiləyə 22:11 hesablı üstünlüklə yollanan "Azəryol" ikinci hissədə də təşəbbüsü əldən verməyərək 17 top fərqi ilə inamlı qələbə qazanıb - 42:25.