"Sabah" və "Neftçi" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda azarkeş rekordu qeydə alınıb. Sport24.az "Sabah"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı stadiondan 6600 azarkeş izləyib.

 

Bu, ölkə kubokunun 2024/2025 mövsmünündə ən yüksək göstəricidir.

 

Oyuna gələn tamaşaçılar arasında Azərbaycanla yanaşı, Polşa, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, İndoneziya və Rusiya vətəndaşları da olub.

 

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə 2:1 hesabı ilə qalib gələn "Sabah" finalda "Qarabağ"ın rəqibi olub.