İngiltərəli hücumçu Ceymi Vardi mövsümün sonunda "Lester"dən ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu özü açıqlama verib.

 

Vardi 2012-ci ildən komandada çıxış edirdi. "Lester" Premyer Liqada 18 xalla 19-cudur və elitanı tərk edəcəyi dəqiqləşib.