"Mançester Siti"dən ayrılacağını açıqlayan Kevin de Bruyne İngiltərədə qala bilər. Sport24.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi "Çelsi" və "Aston Villa"nın diqqət mərkəzindədir.

 

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Premyer Liqa təmsilçiləri Kevin üçün danışıqlara başlayacaq.

 

Daha əvvəl MLS klubları futbolçu ilə maraqlanırdı.

 

Kevin bu mövsüm 35 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.