Növbəti mövsümdən Çempionlar Liqasının pley-off mərhələsində əlavə vaxt ləğv edilə bilər. Sport24.az xəbər verir ki, UEFA hazırda klublarla mümkün yeniliklərlə bağlı fikirlərini müzakirə edir.

 

İki qarşılaşma arasında normal vaxtda top fərqi bərabər olarsa, dərhal penaltilər seriyasına keçmək təklif olunur. Bu yeniliyin oyunçuların yükünü yüngülləşdirəcəyi gözlənilir.

 

UEFA Yarışlar Komitəsi mayın 30-da Münhendə keçiriləcək UEFA Baş Assambleyasında Çempionlar Liqasının reqlamentinin qeyd olunan maddəyə düzəlişini müzakirə edəcək.