Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan bu gün ikinci medalı aktivinə yazdırıb.
Kişilər arasında -73 kq çəki dərəcəsində tatamiyə çıxan cüdoçumuz Rəşid Məmmədəliyev bürünc medal qazanıb. O, həlledici görüşdə Macarıstan idmançısı Daniel Seqedini məğlub edərək qitə birinciliyində üçüncü yeri tutub.
Qeyd edək ki, dünən Azərbaycanın digər cüdoçusu Əhməd Yusifov da (60 kq) bürünc medal əldə edib.