"Liverpul"un futbolçusu Aleksis Makallister adının "Real"la hallanmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi "TyC Sports"a açıqlamasında bunları deyib:

 

"Xəbərləri oxuyuram və bunlar şayiələrdir".

 

26 yaşlı futbolçu bu mövsüm 46 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə edib.