Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2025" beynəlxalq reqatasında yarışlara 2025-ci il aprelin 30-u Suqovuşanda start veriləcək. Sport24.az xəbər verir ki, 20-dən artıq ölkədən 200-dən çox idmançının mübarizə aparacağı reqatanın rəsmi açılış mərasimi keçiriləcək.

 

Avropa, Asiya və Afrikadan idmançıların qatılacağı tədbir saat 11:00-da başlayacaq. 

 

Rəsmi hissədən sonra su üzərində şoular və avarçəkənlərin nümunəvi çıxışları baş tutacaq. Daha sonra idmançılar 200 metr məsafədə ilk medallar uğrunda mübarizə aparacaqlar.