"Barselona"nın qapıçısı Mark-Andre Ter Şteqen zədəsini sağaldıb. Sport24.az xəbər verir ki, almaniyalı qolkiperin adı İspaniya Kral kuboku finalında "Real"la keçiriləcək oyun üçün iştirak ərizəsinə daxil edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qarşılaşma aprelin 26-da keçiriləcək.
Qeyd edək ki, Ter Ştegen İspaniya çempionatının 6-cı turunun "Vilyarreal"a qarşı oyunundan (5:1) sonra diz qapağının yırtığı diaqnozu qoyulduğu üçün 2024-cü ilin sentyabrından meydana çıxmır.