Üç qat Paralimpiya çempionu paraüzgüçümüz Raman Salei (S12 kateqoriyası) Sinqapurun eyniadlı paytaxtında keçirilən Paraüzgüçülük üzrə dünya çempionatında birinci yerə çıxıb. Sport24.az xəbər verirki, paraüzgüçümüz yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanıb.

 

Dördüncü dəfə dünya çempionu olan idmançımız sentyabrın 27-dək davam edəcək yarışda 100 metr məsafəyə sərbəst, "butterfly" (kəpənək) və 50 metr məsafəyə sərbəst üzmə üsullarında da mübarizə aparacaq.