Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri BOK İcraiyyə Komitəsinin Qəzza zolağında davam edən hərbi əməliyyatlara görə İsrailin 2026-cı il Olimpiya Oyunlarından kənarlaşdırılması şərtlərini müzakirə etmədiyini təsdiqləyib. Sport24.az bildirir ki, İtaliyada Olimpiada 2026-cı il fevralın 6-dan 23-dək keçiriləcək.

 

Hazırda Milanda BOK-un İcraiyyə Komitəsinin iclası keçirilir.

 

Koventri BOK prezidenti vəzifəsinə iyunun 23-də başlayıb.