"Qarabağ" klubu cari mövsüm indiyədək avrokuboklar ən çox qələbə qazanan iki komandadan biridir. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu mövsümün əvvəlindən UEFA Çempionlar Liqasında keçirdiyi 7 matçın 6-da meydanı qalibiyyətlə tərk edib.
"Köhlən atlar" yalnız pley-off mərhələsinin Bakıdakı cavab görüşündə Macarıstan təmsilçisi "Ferentsvaroş"a uduzub - 2:3. "Qarabağ" səfərdə qalib gəldiyi üçün (3:1) əsas mərhələyə yüksəlib.
Azərbaycan çempionundan başqa İsveçin "Malmö" klubu da altı qələbə əldə edib. Yalnız onların bir məğlubiyyətlə yanaşı heç-heçələri də var.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasındakı növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı keçirəcək.