İngiltərənin "Vulverhemton" klubunda yeni müqavilə qeydə alınıb. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Yorgen Strand Larsenin sözləşməsinin müddətini uzadıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Norveçli hücumçu ilə 20230-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb. Avropanın bir çox klubunun transfer siyahısında yer alan 25 yaş forvardın maaşı da artırılıb.

 

Qeyd edək ki, "Vulverhempton" Yorgen Strand Larseni ötən ilin yayında "Selta"dan transfer edib. Norveç millisinin üzvü bu mövsüm "qurdlar"ın heyətində meydana çıxdığı 3 rəsmi matçda 2 qol vurub.