Zinedin Zidanın oğlu Luka Zidan milli komanda seçimini edib. Sport24.az xəbər verir ki, 27 yaşlı qapıçı Əlcəzair yığmasının formasını geyinəcək.
Artıq FIFA rəsmi olaraq qərar verib. Zidan Əlcəzair millisinin növbəti toplanışına dəvət olunacaq.
Qeyd edək ki, Luka Zidan İspaniya II Liqasında mübarizə aparan "Qranada"da çıxış edir. O, Fransanın U-20 millisində 1 oyun keçirib.