"Barselona"nın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda ev oyununu hansı stadionda keçirəcəyi bəlli olub. Sport24.az xəbər verir ki, klub bununla bağlı rəsmi açıqlama yayıb.
Kataloniyalılar oktyabrın 1-də PSJ ilə Luis Kompanis adına Olimpiya stadionunda qarşılaşacaq.
Klubun açıqlamasında hazırda "Kamp Nou"nun açılması üçün lazım olan inzibati icazələrin alınması ilə bağlı işlər getdiyi bildirilib.
Xatırladaq ki, iyunun 25-də "Barselona" "Kamp Nou"ya qayıdacağını elan etmişdi. Son iki mövsümdə komanda Luis Kompanis adına Olimpiya stadionunda çıxış edir.