"Bayer"in və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Renato Auqusto peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

Təcrübəli oyunçunun son klubu 2021-ci ildən formasını geyindiyi "Fluminense" olub. O, həmçinin "Korintians", Çin təmsilçisi "Beijing Quoan" və "Flamenqo"da da çıxış edib.

 

Qeyd edək ki, Auqusto Braziliya millisində 33 oyun keçirib və 6 qol vurub. 2006 və 2015-ci illərdə Braziliya çempionatının və "Qızıl top"un qalibi olan futbolçu, 2016-cı ildə isə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında qızıl medal sevinci yaşayıb.