UEFA Çempionlar Liqasının 1-ci turunun ən yaxşı futbolçularından ibarət simvolik komandasını təqdim edib. Sport24.az xəbər verir ki, bu haqda qurumun sosial şəbəkə hesabları məlumat yayıb.
Rəmzi komandaya "Qarabağ"ın 24 yaşlı braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo da düşüb.
Rəmzi komanda
Qapıçı: Xeronimo Rüli ("Olimpik Marsel")
Müdafiəçilər: Markos Lyorente ("Atletiko" Madrid), Vircil van Deyk ("Liverpul"), Derrik Lyukkassen ("Pafos"), Yussufa Mjöci ("Slaviya" Praqa).
Yarımmüdafiəçilər: Markus Raşford ("Barselona"), Hans Vanaken ("Brügge"), Pedro Bikalyo ("Qarabağ"), Fransisku Trinkan ("Sportinq" Lissabon).
Hücumçular: Markus Türam ("İnter"), Hari Keyn ("Bavariya").
Qeyd edək ki, UEFA-nın rəyinə əsasən, Bikalyo həmçinin "Benfika" - "Qarabağ" matçının (2:3) ən yaxşı oyunçusu seçilib.