"Karvan-Yevlax" Misli Premyer Liqasının 5-ci turu çərçivəsində Şamaxı şəhər stadionunda "İmişli"yə 0:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, Yevlax təmsilçisinin baş məşqçisi Azər Həşimov matçdan sonra keeçirilən mətbuat konfrnasında jurnalistlərin suallarını cavablandırıb:
- Niyə məğlub olduz?
- Ötən turlarda olduğu kimi yenə standart vəziyyətdən qol buraxdıq. Daha sonra rəqib əks-hücumda ikinci qolu vurdu. Fasiləyə məğlub durumda yollandıq. Çalışsaq da, geridönüş edə bilmədik.
- Mikels zədələnəndən sonra oyununuz alınmır sanki. Onun yoxluğu hiss olunur?
- Bizim üçün önəmli futbolçudur. Bu gün hücum xəttində Uğur Cahangirov oynayırdı. Hələ gəncdir, Mikels kimi təctrübbəli futbolçu deyil deyə hücumda biz az çətinliklər yaşayırıq.
- Legionerlərin performansından razısız?
- Hələ 5 oyun oynamışıq. Bəzilər bir az potensialından aşağı çıxış edir. Gələcəkdə daha yaxşı olacaqlar. 3-4 legioner futbolçu var ki, onlardan tam istədiyimizi ala bilmirik.
- Araz Abdullayevin oynamamasının səbəbi nədir?
- Zədəsi var. Məşqdə arxa əzələsindən zədə alıb. Müalicəsi davam edir. Qapıçımızda zədəlidir. Onlar sağalandan sonra daha yaxşı nəticələr göstərməyə çalışacağıq.
- Nə dəyişməlidir ki, komanda yaxşı nəticələr göstərsin?
- Üç oyundur standart vəziyyətdən qol buraxırıq. Futbolçulara tapşırıq versək də, yenə qol buraxdıq. Bunun üzərində daha çox işləyəcəyik.
- Yevlax şəhər stadionu nə vaxt hazır olacaq?
- AFFA-dan gəlib stadiona baxdılar. Bəzi məslələr var ki, mənə aid deyil. Biz də öz meydanımızda oynamaq istəyirik. Stadion tam hazır olandan sonra öz azarkeşlərimizin qarşısında oynayacağıq.