Midsli Premyer Liqasının V turu davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha 2 qarşılaşma baş tutacaq.
Aktivində 1 xal olan və tirnir cədvəlinin 11-ci pilləsində qərarlaşan "Qəbələ" doğma meydanda geridə qalan turlarda qələbə üzünə həsrət qalan "Kəpəz"i qəbul edir. Hər iki kollektiv düşmə zonasında olduğundan istər meydan sahibləri, istərsə də qonaqlar üçün matçın əhəmiyyəti çox böyükdür.
Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, V tur
17:00. "Qəbələ" - "Kəpəz"
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ, şəhər stadionu.