Həndbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Sport24.az xəbər verir ki, kişilərin mübarizəsində "Qarabağ" "Azəryol"u darmadağın edib (40:23), "Dinamo" isə "Təhsil"dən üstün olub (30:19).

 

Qadınlar arasında "SportAkademiya" "Bakı"nı (39:9), "Qarabağ" isə "Təhsil"i (39:19) məğlub edib.

 

Beləliklə, yarımfinal cütlükləri aşağıdakı şəkildə müəyyənləşib:

 

Kişilər

"Kür" - "Dinamo"

"Qarabağ" - "Bakı"

 

Qadınlar

"Kür" - "Qarabağ"

"SportAkademiya" - "Azəryol"

 

Yarımfinal görüşləri gələn ilin may ayına nəzərdə tutulub.