İsrailin futbol və digər idman dairələrində narahatlıq artır, çünki sentyabrın 23-də UEFA-nın toplantısında İsrailin Avropa yarışlarında iştirakının müddətsiz dayandırıla biləcəyi vurğulanıb. Sport24.az xəbər verir ki, bu barədə "Israelhayom" məlumat yayıb.

 

Bildirilib ki, səs hüququ olan 20 ölkənin böyük əksəriyyəti İsrailin yarışlardan çıxarılmasını dəstəkləyir, iki-üç ölkə isə bunun əleyhinədir.

 

Mənbənin məlumatına görə, İsrail Futbol Assosiasiyası (IFA) bu məsələni gündəmə daxil etməmək üçün "ümidlərini itirmədən" çalışır. İsrail hakimiyyəti başa düşür ki, əgər səsverməyə gedilərsə, ölkənin komandalarının Avropa futbolunda iştirakı ən azı yaxın gələcəkdə dayandırılacaq.