ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi MLS-in cari mövsmünün bombardirlər siyahısında ilk pilləyə yüksəlib. Sport24.az xəbər verir ki, 38 yaşlı hücumçu bunu "DC Yunayted"lə matçda iki qol vurmaqla reallaşdırıb.
Beləliklə argentinalı hücumçu meydana çıxdığı 22 matçda 22-ci qolunu vurmaqla "Neşvill"in forvardı Sem Surrici (21 qol) qabaqlayıb.
Qeyd edək ki, "İnter Mayami" 28 oyundan sonra 52 xalla turnir cədvəlində beşinci yerdədir.