"Şəki" basketbol klubu daha bir legionerlə heyətini gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Amerikalı Kenard Riçardsonla müqavilə imzalanıb. Bu, klubun cari mövsüm üçün 7-ci əcnəbi transferidir. 23 yaşlı basketbolçunun "Şəki"də ilk legioner karyerası başlayacaq. 1.95 metr boya malik idmançı qard mövqeyində çıxış edir.