"Sumqayıt" növbəti transferini həyata keçirib. Sport24.az xəbər verir ki, "kimyaçılar" amerikalı basketbolçu Elayca Hatçins-Everetti heyətinə qatıb.

 

23 yaşlı oyuçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, 211 sm boya malik basketbolçu mərkəz mövqeyində oynayır. 2021-ci ildə ABŞ-nin "Ostin Pi Qaverners" klubunda karyerasına başlayan Elayca 2 il sonra "Seton Holl Payrets" komandasına keçib. O, ötən mövsüm "Ceyms Meddison Dyuks" kollektivinin üzvü olub. Hatçins-Everett ötən mövsüm hər oyuna orta hesabla 11,4 xal və 5,9 ribaundla yadda qalıb.