NHL-in müntəzəm çempionatında keçirilən "Nyu-York Aylanders" – "Vaşinqton Kepitalz" oyununda paytaxt təmsilçisi 4:2 hesabı ilə qalib gəlib. Sport24.az xəbər verir ki, "Vaşinqton" hokkey komandasının kapitanı Aleksandr Oveçkin görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.

 

Rusiyalı hücumçu matça 40 il 24 günlüyündə çıxıb. Bununla da o, klub tarixində 40 və yuxarı yaşda xal toplayan cəmi üçüncü oyunçu olub. Daha əvvəl bu uğura yalnız Daq Mons və Zdeno Xara nail olmuşdular.

 

Qeyd edək ki, əfsanəvi forvard "Kepitalz" heyətində NHL-in ən təcrübəli oyunçularından biri kimi dəyərləndirilir.