"Mançester Yunayted" rəhbərliyi yeni yarımmüdafiəçi və sağ cinah müdafiəçisi axtarışındadır. Sport24.az "TBR Football"a istinadən xəbər verir ki, klub qış transfer dönəmində bu mövqelərə oyunçular almaq istəyir.
Mənbənin sözlərinə görə, "Mançester Yunayted" rəhbərliyi baş məşqçi Ruben Amorimə etibar etməkdə davam edir və ona lazım olan futbolçuları almağa hazırdır.
Bundan başqa "qırmızı şeytanlar" yanvarda müdafiəmeyilli yarımmüdafiəçi almağı da planlaşdırır. Kobbi Mainanın klubu tərk etmə riski var.