Serbiyalı tennisçi Novak Cokoviç Mayamidə keçirilən "Masters" yarışının 1/16 finalında argentinalı Uqo Karabellini məğlub edib. Sport24.az xəbər verir ki, 1 saat 47 dəqiqə davam edən görüş serbiyalının qələbəsi ilə başa çatıb – 6:3; 7:5.

 

Bununla da Cokoviç "Masters" seriyasında 411-ci qələbəsini qazanaraq bu göstəricidə vahid lider olub. Sonrakı yerləri ispaniyalı Rafael Nadal (410) və isveçrəli Rocer Federer (381) tutur.

 

Qeyd edək ki, Novak növbəti mərhələdə italiyalı Lorenzo Musetti ilə qarşılaşacaq.